1 İyul 2015 19:35
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukiya Amano İranın nüvə proqramının dinc məqsədlər üçün istifadəsinə dair danışıqların yekun mərhələsinin hazırlanması məqsədilə iyulun 2-də Tehrana səfər edəcək. Səfər çərçivəsində Y.Amanonun İranın Ali Milli Təhlükəsizlik Şurasının başçısı Əli Şamxani ilə görüşəcəyi və imzalanacaq yekun sazişin implementasiyası ilə bağlı danışıqlar aparacağı gözlənilir.

Diplomatik dairələr bu səfərin reallaşmasının tərəflər arasında əsas məsələlərdə ciddi yaxınlaşma olmasına və yekun sazişin tezliklə imzalana biləcəyinə işarə olduğunu bildiriblər. Saziş imzalanandan sonra BAEA nəzarətçi qurum kimi hər iki tərəfin onun müddəalarına əməl etməsinə cavabdeh olacaq.

Vyanada isə iyunun 27-dən başlayan danışıqlar marafonu davam edir. ABŞ-ın dövlət katibi Con Kerrinin və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin rəhbərlik etdiyi heyətlər bu gün ötən şənbədən bəri altıncı dəfə danışıqlar masası ətrafında toplanacaqlar. Bununla yanaşı, ekspertlər səviyyəsində mübahisəli sanksiyalar və inspeksiyalar mövzularında danışıqlar davam etdirilir.

Əgər bütün mübahisəli məqamlar həllini taparsa tərəflər iyulun 7-dək İranın nüvə proqramına dair yekun sazişi imzalamaq niyyətindədirlər.


Müəllif:

Oxşar xəbərlər