Almaniyanın "Şalke" klubuna məxsus stadionun ərazisində bomba tapılıb.
Publika.az xəbər verir ki, bombanı stadionda təmir işləri aparan fəhlələr aşkar ediblər. Partlamamış bomba ikinci dünya müharibəsindən qalmadır. Fəhlələr onu 5 metr dərinlikdə aşkar ediblər. Bombanın ağırlığı 125 kilodur.
Məlumata görə, bomba müttəfiqlərin ordusuna məxsus olub. "Şalke"nin stadionu müttəfiq qoşunlarının daim atəşə tutduğu bir məkan olub. Çünki alman qoşunlarının hərbi aerodromu bu arenada yerləşib.