2 İyul 2015 23:54
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 2-dən etibarən Almaniyada güclü istilər tüğyan edəcək.

Afrikadan daxil olan Saxara hava kütləsi istiyə adət etməyən Almaniya əhalisi üçün əsl qayğıya çevrilib.

Meteoroloqların məlumatına görə, bu həftənin sonunadək havanın temperaturu 35-38 dərəcə, növbəti həftə isə 40 dərəcədən yüksək olacaq. ”Soba istiləri“ adı verilən şimalı Afrika hava kütləsi əsasən Almaniyanın mərkəzi və cənub-qərb federal əyalətlərində daha çox təsirli olacaq.

Federal rəhbərlik istidən maksimum qorunmaq məqsədilə əhaliyə xəbərdarlıq ünvanlayıb. Bir sıra yay məktəblərində dərslərə ara verilib.

Almaniya üçün xarakterik olmayan hava şəraitində ölüm riskinin artacağı da istisna deyil. Artiq aşağı Saksoniya (Niedersachsen) əyalətində 76 yaşlı pensiyaçı qadının istidən həyatını itirdiyi bildirilir.

Meteoroloji xidmət federal orqanları ölkənin meşə ərazilərində yanğın təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər görməyə çağırıb.


Müəllif:

Oxşar xəbərlər