6 İyul 2015 11:03
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan maliyyə naziri Yannis Varufakis istefa verib.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, Varufakis bu addımı dünən ölkədə baş tutan referendumun nəticələrinə cavab olaraq, atdığını bildirib.

Daha bir istefa xəbəri isə ana müxalifətdəki Yeni Demokratiya Partiyasından gəlib. Partiya lideri Andonis Samaras vəzifəsindən getdiyini açıqlayıb. Samarasın müavini Vangelis Meymarakis müvəqqəti olaraq partiya sədrinin səlahiyyətlərinin icrasını üzərinə götürüb.Qeyd edək ki, referendumda seçicilərin 61 faizi beynəlxalq kreditorların tələblərinə “yox” cavabı verib.

Samir


Müəllif:

Oxşar xəbərlər