Tbilisidə bu gün demontaj zamanı Hesablama Riyaziyyatı və Fizika İnstitutunun binasının bir hissəsi uçub. Nəticədə 3 inşaat işçisi həlak olub, 1 nəfər yaralanıb.
Trend bu barədə RIA Novosti-yə istinadən xəbər verir.
Xilasedicilər bir saat ərzində dağıntılar altında qalan inşaat işçilərini çıxarıblar. Sağ qalan işçi sınıq və zədələrlə ən yaxın klinikaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparır.
İlkin məlumata əsasən, bina bu yaxınlarda satılmışdı. Onun yerində mehmanxana inşa ediləcəyi planlaşdırılırmış.