Səudiyyə Ərəbistanı Rusiyaya 10 milyard dollar sərmayə qoymaq qərarına gəlib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu Rusiyaya son 5 ildə yatırılan ən böyük xarici investisiya olacaq. Sərmayənin müddəti 5 il göstərilir.
Qeyd edək ki, Ukrayna böhranı səbəbindən Avropa ölkələri və ABŞ ötən ilin avqustundan Rusiyaya qarşı sanksiya tətbiq edir.
Samir