13 İyul 2015 15:32
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukraynada "Sağ sektor" silahları təhvil verməlidir. Bununla bağlı hökumətin tələbləri yerinə yetirilməlidir. Bir dənə qanunsuz silah belə dövlətə təhlükəlidir".

Bunu Teleqraf.com-a açıqlamasında Ukraynada yaşayan siyasi ekspert Fəhmin Hacıyev bu ölkədə "Sağ sektor"la hökumət qüvvələri arasında baş verən silahlı toqquşmaya münasibət bildirərkən qeyd edib.

Bildirək ki, Mukaçevoda “Sağ sektor” döyüşçüləri ilə polislər arasında silahlı qarşıdurma olub. Döyüşlərdə qumbaraatan və avtomatlardan atəş açılıb. Müxtəlif məlumatlara görə, üç nəfər ölüb, 11 nəfər xəsarət alıb. Rəsmilər bu olayın araşdırıldığını bildiriblər. "Sağ sektor"un silahlıları meşədə gizlənməyə nail olublar.

F.Hacıyevə görə, Ukraynada hakimiyyət dəyişəndən sonra daxili işlər naziri Avakov polis sistemində islahatlar apara bilməyib: "Yanukoviçin dövründən qalmış korrupsiyalaşmış polislərlə mafiya birgə hərəkət edərək islahatlara mane olur. Bunu hər bir Ukrayna vətəndaşı söyləyir. "Sağ sektor" uzun müddətdir ki, Avakovun istefasını, polis sistemində effekli islahatların aparılmasını tələb edir. Amma etiraf edilməlidir ki, "Sağ sektor"un daxilidə bəziləri öz mənafeləri üçün çox radikal addımlar atırlar. Mənim fikirimə görə, "Sağ sektor" siyasi tələblərində haqlıdır, mübarizə metodları bəzən yanlış olur. Ona görə də, "Sağ sektor" öz içində təmizləmə aparmalı, hakimiyyət isə siyasi və içtimai tələbləri yerinə yetirməlidir".

F.Hacıyev onu da bildirdi ki, Ukraynada belə silahlı qruplaşmalarla 90-cı illərin Azərbaycanını xatırladır: "İndiki Ukrayna ilə o vaxtkı Azərbaycan arasında bənzərliklər var".

Ruslan


Müəllif:

Oxşar xəbərlər