İsveçin Malmö şəhərində müsəlmanların toplaşdığı ofisə hücum olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, naməlum şəxslər ofisə əl qumbarası atıb. Partlayış nəticəsində bir nəfər yaralanıb.
Hadisə nəticəsində ofisdə olan 50 nəfərdən heç biri xəsarət almayıb.
Faktla bağlı şəhər polisi araşdırmalara başlayıb.
Samir