22 İyul 2015 12:42
1 534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə kafedə oturan müştərilərə "salfetka" satmağa çalışan uşaq restoran işçisinin hücumuna məruz qalıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İzmirdə baş verib. Yemək yeyən müştərilərin masalarına yaxınlaşan suriyalı uşağı xidmətçi döyüb. Burnu qanayan uşağa edilən hücumu yaxından keçənlər lentə alıblar.

Restoran işçisi ətrafdakı vətəndaşların hadisəyə müdaxiləsinə baxmayaraq, uşağı yerə yıxaraq döyüb.

Aldığı zərbələrdən qorunmaq üçün masaların altına girən suriyalı uşaq ağlayaraq oradan uzaqlaşmağa çalışıb. Bəzi vətəndaşlar uşağa kömək etmək istəsə də qorxan uşaq heç kimi yaxnına buraxmayıb. Suriyalı vətəndaşların da araya girməsindən sonra ona kömək etmək olub. Uşaq qanayan burnunu yuduqdan sonra ağlayaraq uzaqlaşıb.

Türkcə bilmədiyi üçün uşağın adını öyənmək olmayıb.

Teleqraf.com fotoları təqdim edir:

Rüstəm


Müəllif:

Oxşar xəbərlər