23 İyul 2015 10:09
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirdə Nil çayında gəzinti kateri yük daşıyan gəmi ilə toqquşub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Qahirə yaxınlığında baş verən hadisə nəticəsində 20 nəfər həlak olub.

Əvvəlcə ölənlərin sayının 12 nəfər olduğu bildirilirdi. Ənənəvi ailə gəzintisi və toy mərasimləri üçün nəzərdə tutulan katerdə həmin vaxtı 70 insan olub.

İlkin məlumata görə, həlak olanların hamısı Misir vətandaşlarıdır.

Xilasedicilər sağ qalanların axtarışını davam etdirir.


Müəllif:

Oxşar xəbərlər