ABŞ Dövlət katibinin Cənubi və Orta Asiya məsələləri üzrə köməkçisinin müavini Richard Hoaglandla Qırğızıstan xarici işlər nazirinin müavini Askar Beshimov iyulun 29-da Bişkekdə ikitərəfli münasibətlərdəki problemləri müzakirə ediblər.
Söhbət Bişkekin bu günlərdə ABŞ-la əməkdaşlıq sazişini dayandırmasından gedir.Amma nazirlik hələlik əlavə məlumat verməyib.
Qırğızıstan hökuməti iyulun əvvəllərində 1993-cü ildə ABŞ-la imzalanmış strateji əməkdaşlıq müqaviləsini pozub.
Buna səbəbsə ABŞ-ın hazırda Qırğızıstanda həbsdə olan etnik özbək fəalı 1014-cü il üçün insan haqları mükafatına layiq görməsi olub.
Qırğızıstan hesab edir ki, bu Qırğızıstanda yaşayan etnik özbəklər arasında separatçılığı qızışdıra bilər.
64 yaşlı Azimjan Askarov 2010-cu ilin iyununda Qırğızıstanda baş verən etnik toqquşmalara görə ömürlük həbsə məhkum edilib.
Həmin toqquşmalarda 400 adam ölüb.