Türkiyə hava hücumları nəticəsində dinc sakinlərin ölümünün qarşısını almaq üçün Türkiyənin kürd separatçıları İraq Kürdüstanından çıxmalıdır, bölgə rəsmiləri deyir.
Teleqraf.com xəbər verir ki, bu çağırış PKK-ya qarşı Türkiyə hava hücumları nəticəsində dinc sakinlər arasında ölüm xəbərlərinin ardından gəlib.
Türkiyənin rəsmi xəbər agentliyi bildirir ki, İraqın şimalına hava hücumları nəticəsində təxminən 260 kürd döyüşçüsü qətlə yetirilib.
PKK isə heç bir itki barədə məlumat vermir.
Türkiyə İraqla sərhəd boyu üsyançı qrupa qarşı yüzlərlə reyd keçirib.
Eyni zamanda Türkiyə, Suriyadakı İslam Dövləti (İD) qruplaşmasına qarşı da bomba hücumlarını həyata keçirir və onları Türkiyə sərhədindən geri çəkməyə çalışır.
Əvvəllər Türkiyə Suriyadakı döyüşlərdə iştirak etməyib.