6 Avqust 2015 01:14
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran höküməti bir qrup BBC jurnalistinə ölkəyə gəlib 1 həftə ərzində reportaj hazırlamağa icazə verib.
BBC İran hökümətindən bu məsələyə dair heç bir rəsmi yazılı məlumat almadığını bildirib.

Bununla belə BBC-nin beynəlxalq müxbirlərindən biri bu yaxınlarda Tehrana 1 gün ərzində səfər etdiyini bildirib.
İranın bu addımı dünya güclərinin Tehranla nüvə proqramı məsələsində razılığa gəlməsindən sonra baş verir.
BBC jurnalistləri heyətinə İrana gedərək ölkənin daxilindən reportaj hazırlamağa icazə veriləcək, lakin BBC Fars xidməti üçün qadağa qüvvədə qalacaq, Press Gazette yazır.

BBC Dünya Xidməti üçün "reportaj hazırlanmasına icazə 1 həftəlik verilib", İran İslam Mədəniyyəti və İdarəçiliyi Nazirliyinin sözçüsü Hossein Nooşabadi bildirib.

Onun sözlərinə görə, icazə BBC-nin ingilisdilli xidmətinə verilib.İran höküməti BBC Fars xidmətinin ölkədə fəaliyyətini 2009-cu ildə qadağan edib. İran mediasında vaxtaşırı BBC "müstəmləkəçiliyin qoca tülküsünün təbliğat maşını" kimi təsvir olunur.

Britaniyanın Tehrandakı səfirliyi 2011-ci ildən bağılıdır. Tehranın son addımı ikitərəfli münasibətləri normallaşdırmaq istiqamətində atılan addım kimi qiymətləndirilir.


Müəllif:

Oxşar xəbərlər