ABŞ Federal Kəşfiyyat Xidməti - FBI keçmiş Xarici İşlər naziri Hilari Klintonun rəsmi mesajlaşmaları öz şəxsi hesabından apardığı üçün onun haqqında istintaq başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Vaşinqton Post" qəzeti məlumat yayıb. FBI serveri Hillari Klintonun Nyu Yorkdakı evində olan xüsusi e-poçtu ilə hər hansı bir təhlükəsizlik səhvinə yol verib-vermədiyini müəyyən edəcək.
FBI keçən həftə Klintonun vəkili David Kendalla əlaqə saxlayaraq mesajların kopyalarının saxlanıldığı xarici yaddaşın onlara verilməsini tələb edib.
Qeyd edək ki, Hilari Klinton Demokratlar Partiyasından 2016-cı il seçkilərində prezidentliyə namizədliyini irəli sürəcək.
Rüstəm