7 Avqust 2015 14:11
1 911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyada korrupsiya ilə bağlı veriliş aparan jurnalisti canlı yayımda öldürüblər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Braziliyanın şimal-şərq bölgəsində yerləşən Kamokim şəhərindəki yerli radiolardan birində baş verib. Qleydson Karvalyo adlı jurnalist proqram zamanı studiyaya girən iki nəfər tərəfindən güllələnib. Hadisədən sonra cinayətkarlar qaçmağa nail olub. Karvalyonun apardığı verilişdə bəzi siyasətçilərin qarışdığı rüşvət hadisələrini açıqladığı məlum olub.

O, bölgənin rüşvətlə mübarizədə ən öncül şəxslərindən biri kimi tanınıb. Karvalyo xüsusilə sosial media vasitəsi ilə dəfələrlə ölüm təhdidi alıb və bununla bağlı polisə müraciət edib. Hadisədən sonra şəhərdə etiraz aksiyaları başlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər