11 Avqust 2015 16:28
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londondakı “National Youth Theatre” adlı teatr qrupu tərəfindən hazırlanan və ingilis gənclərinin İŞİD-ə qatılmasından bəhs edən “Homegrown” adlı tamaşanın nümayişi baş tutmayıb.


Publika.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, tamaşanın nümayişi heç bir xəbərdarlıq edilmədən premyera gecəsinə iki həftə qalmış ləğv edilib.


Tamaşanın hazırlandığı müddətdə aktyorlar və tamaşanın rejissoru Nadia Latifin yerli hakimiyyət orqanlarının təzyiqlərinə məruz qaldığı bildirilir.

Tamaşanın 112 nəfərlik yaradıcı heyətin ilham qaynağı isə fevral ayında üç ingilis qız - Kadiza Sultana, Şamima Bequm və 15 yaşlı Amira Abasinin İŞİD-in üzvləri ilə evlənmək üçün Suriyaya getməsi olub. Rejissor Latif tamaşanı hazırlayarkən “cihadçı gəlinlər”i romantik baxımdan araşdırdıqlarını deyib. O, tamaşanın məzmununa fikir verilmədən və heç bir şərh olmadan susdurulduqlarını dilə gətirib.


Müəllif:

Oxşar xəbərlər