Rusiya və İran Fordo nüvə obyekti üzrə əməkdaşlıq edəcək.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı səsləndirib.
Onun sözlərinə görə, iki ölkə arasında Vyana sazişinə əsasən, Rusiya və İran izotopların istehsalında da birgə fəaliyyət göstərəcəklər.
Zərif İrana qarşı sanksiyaların ləğvi Rusiya və İran arasında ticari-iqtisadi əlaqələrdə, o cümlədən neft və qazın satışında bütün maneələri aradan qaldıracaq.
Samir