20 Avqust 2015 09:05
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Dövlət Sərhəd Xidməti Rusiya ilə sərhədin möhkəmləndirilməsi üçün 180 kilometr tank əlehinə xəndək qazıb.

Publika.az “Unian” agentliyinə istinadən xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin başçısının müavini Vasiliy Servatyuk bildirib.


O, bundan başqa 546 kilometr istehkam maneəsi, 39 kilometr tikanlı məftil, 175 blindaj, 897 səngər, 6 yeni müşahidə qülləsinin tikildiyini deyib. Servatyuk əmin edib ki, sərhədin möhkəmləndirilməsi üzrə planlaşdırılan bütün məsələlər 2015-ci ilin sonuna kimi yerinə yetiriləcək.

Ukrayna və Rusiya sərhədində “Divar” adlanan layihənin həyata keçirilməsi üçün 2014-cü ildə 4 milyard qrivna (təxminən 180 milyon dollar) vəsait ayrılıb.

İki ölkənin quru sərhədinin uzunluğu təxminən 2 min kilometrdir.


Müəllif:

Oxşar xəbərlər