PKK son 2 ildə Türkiyədə 88-i qız olmaqla 18 yaşı tamam olmayan 316 uşağı dağlara qaçırıb.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin ayrı-ayrı bölgələrində yaşayan valideynlərin öz uşaqlarının qaçırılması ilə bağlı Təhlükəsizlik Qüvvələrinə etdiyi müraciətdən sonra məlum olub.
Anadolu Dövlət Xəbər Agentliyinin apardığı araşdırmaya görə, 2013-cü il avqustun 22-dən həmin il dekabrın 31-dək Türkiyədə 18 yaşından kiçik olan 26 oğlan, 11 qız olmaqla, ümumilikdə 37 nəfər uçaq PKK tərəfindən qaçırılıb.
2014-cü ildə isə 151 oğlan, 54 qız olmaqla ümumilikdə 205 uşaq, bu il avqustun 22-dək isə 51-i oğlan, 23-ü qız olmaqla ümumilikdə 74 uşaq PKK terror təşkilatı tərəfindən oğurlanıb.
Beləliklə, 2013-cü ilin 22 avqustundan 2015-ci ilin 22 avqustunadək 228-i oğlan, 88-i isə qız olmaqla 316 uşaq PKK tərəfindən dağlara qaçırılıb.
Həmin uşaqların PKK tərəfindən dağlara qaçırıldığı və orada girov saxlanıldığı deyilir.