27 Avqust 2015 15:21
1 919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Altay vilayətinin Xarlov kəndində sərxoş sürücü post partrul işçilərinə hücum edib.

Teleqraf.com lifenews.ru-ya istinadən xəbər verir ki, yol polisi işçiləri özünü şübhəli aparan sürücünü saxlayıb və yoxlanış zamanı onun içkili olduğunu aşkarlayıb. Sürücü özünü aqressiv apardığından hadisə yerinə post patrul işçiləri dəvət olunub. Bundan sonra sürücü PPX maşınına əyləşdirilib.

Bir müddət sonra sürücü cibindən çıxartdığı soyuq silahla qarşısında əyləşən polis işçilərini bıçaqlayıb. Hadisə nəticəsində 33 yaşlı polis işçisi Aleksandr Lyamkin həyatını itirib. Qaçmağa çalışan sürücü isə digər yaralı polis işçisi tərəfindən saxlanılıb.

Baş verənlər PPX avtomobilində yerləşdirilmiş təhlükəsizlik kamerasına əks olunub.

Teleqraf.com həmin görüntüləri təqdim edir:

Samir


Müəllif:

Oxşar xəbərlər