Fransanın paytaxtı Parisin şimalında olan və 8 il əvvəl qurulan qaraçı düşərgəsi polislər tərəfindən dağıdılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Paris meri məlumat verib. O bildirib ki, qaraçılardan 6 ay müddətində buranı boşaltmaq tələb edilib. Ərazinin qaraçılardan təmizlənməsi 2 saat çəkib.
Bu zaman polislə qaraçılar arasında gərginlik yaşansa da, təhlükəsizlik işçiləri düşərgəni tamamilə yararsız hala salıb.
Samir