Misirdə yalan məlumatı yaymaqda ittiham edilmiş "Əl-Cəzirə" telekanalının 3 jurnalisti üç il müddətinə həbs edilib.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Misir əsilli kanadalı jurnalist Mohamed Fahmi və misirli Baher Mohamed hökmü dinləmək üçün məhkəmədə iştirak edib.
Avstraliyalı Peter Greste isə bu ilin əvvəlində Avstraliyaya deportasiya edildiyindən məhkəmədə iştirak etməyib.
Qeyd edək ki, Jurnalistlər qadağan edilmiş Müsəlman Qardaşları qrupuna kömək etməkdə təqsirləndirilib, lakin onlar bu ittihamları rədd edib.Hər üç jurnalist 2014-cü ilin iyulda 10 ilə qədər azadlıqdan məhrum edilib. Lakin ittihamlar bu ilin yanvar ayında ləğv edilib və onlar fevral ayında yeni məhkəmənin keçirilməsinə qədər azad edilib.
Samir