31 Avqust 2015 11:05
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda faciəli hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Goradil bağlarında baş verib.

2011-ci il təvəllüdlü Zahid Namiq oğlu Mövsümov yaşadığı evin həyətində su hovuzuna düşüb. Azyaşlı hovuzda köməksiz vəziyyətdə qalaraq boğulub. Bir neçə dəqiqədən sonra Zahidin ortalıqda olmadığını görən valideynləri onu axtarmağa başlayıblar. Valideynləri onun meyitini su hovuzundan tapıblar.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər