2 Sentyabr 2015 21:14
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail baş naziri Binyamin Netanyahu sülh danışıqları üçün Qərbi Şeriaya getməyə hazırdır.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Netanyahu verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, heç bir şərtsiz bu müzakirələr üçün lazımi addımlar atacam: "Bu məsələni fələstinlilərlə müzakirə etmək istəyirik. Burada iki xalq iki dövlət var: Fələstin və Yəhudi dövləti. Əgər Fələstin prezidenti Mahmud Abbas görüşməyə razıdırsa, mən də bun ahazıram".

Qeyd edək ki, iki ölkə arasında sülh danışıqları 2014-cü ilin aprelində təxirə salınıb.

Samir


Müəllif:

Oxşar xəbərlər