6 Sentyabr 2015 08:20
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçin Molde şəhərində Amerika xüsusi xidmət orqanlarının qaçaq düşmüş keçmiş əməkdaşı Eduard Snouden qiyabi olaraq Byernson mükafatına layiq görülüb.

ANS PRESS-in məlumatına görə, ABŞ-a ekstradisiya olunacağından çəkinən Snouden Norveçdə keçirilən mükafatlandırma mərasiminə qatılmasa da, tədbirdə Rusiyadan videokörpü vasitəsilə iştirak edib.

Mərasim zamanı Norveçli jurnalist Per Anders Yohansenin onundan aldığı müsahibə Norveçin aparıcı kütləvi informasiya vasitələrini geniş işıqlandırıb.

“Mən hansı yolu tutduğum fərqinə varırdım. Mən çox şeyləri itirdim. Artıq evimə qayıda bilmirəm, ailəmlə də böyük çətinliklə görüşürəm.Bununla belə bir çox işlərə töhvə verdiyimi də bilirəm.Gördüyüm işlərdən razıyam”, deyə Snouden videorabitə zamanı bildirib.

Snoudenin müsahibəsi zamanı maraq doğuran məqamlardan biri, onun hazırkı sığınacağı barədə dedikləri olub. Məlum olub ki, Rusiyada siyasi sığınacaq axtarmağı ona Vikiliks saytının rəhbəri Culiyan Assanc tövsiyyə edib.

Snoudeni mükafatlandırmağı münsiflər hələ iyun ayında qərara alıb. Bu qərarı onunla əsaslandırıblar ki, Snouden şəxsi həyat toxulunmazlığı prinsipinin aşılanmasına öz töhfələrini verib və dövlətin vətəndaşları və digər ölkələrin vətəndaşlarını güdüb-təqib etməsini, danışıqlarını və yazışmalarını izləməsini tənqid edib. Tituldan başqa ona 100 min norveç kronu dəyərində pul mükafatı da verilib.

Qeyd edək ki, Eduard Snouden 2013-cü ildə, Vaşinqton Post və Quardian qəzetlərinə, ABŞ və Britaniya xüsusi xidmət orqanlarının internetdə genişmiqyaslı şəkildə insanları izlədiyinə dair məxfi məlumatlar sızdırıb. Snoudenin Honq Konqa qaçmasından sonra məsələ qlobal səviyyəli qalmaqala çevrilib.


Müəllif:

Oxşar xəbərlər