Türkiyənin Yüksekova mahalı, Dağlıca bölgəsində terrorçular magistral yola mina yerləşdiriblər. İki zirehli hərbi avtomobil yoldan keçərkən mina uzaqdan idarə ilə partladılıb.
Partlayış nəticəsində xeyli sayda ölən və yaralananların olduğu bildirilir.
Reuters agentliyinin məlumatına görə, Türkiyə azı 15 şəhid verib.
Türkiyə tərəfi şəhidlərin sayını hələlik təsdiqləməyib.
Hazırda terrorçulara qarşı hava əməliyyatı aparılır. F4 və F16 qırıcıları terrorçulara aid 10 hədəfi vurub. Terrorçular arasında da xeyli ölən və yaralananlar var./Müsavat.com/