7 Sentyabr 2015 01:25
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıcadakı terrordan danışıb. Musavat.com0un məlumatına görə, Türkiyə prezidenti ATV və A Haber telekanallarının ortaq yayımında deyib ki, Türkiyə Silahlı Qüvvələri və Baş Qərargah araşdırmaları davam etdirir. Onun sözlərinə görə, baş nazir Əhməd Davudoğoğlu Ankaraya çatdıqdan sonra Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Lakin Ərdoğan ölən və yaralananların sayını açıqlamayıb. O bildirib ki, hadisənin baş verdiyi ərazidə hava şəraiti pisdir.

"Təbii ki, Baş Qərargah rəisimizin izahatları həqiqətən üzücüdür. Hamımısın başı sağ olsun. Millətimizin başı sağ olsun, Allah səbr versin!", - Ərdoğan əlavə edib.


Müəllif:

Oxşar xəbərlər