İordaniyanın PETRA informasiya agentliyi İsrail radiosuna istinadla xəbər verir ki, rəsmi Təl-Əviv İordaniya ilə sərhədini hasarla bağlamaq niyyətini açıqlayıb.
İsrailin Baş naziri Binyamin Netanyahu Nazirlər Kabinetinin hər həftə keçirilən iclasında bəyan edib ki, İordaniya ilə sərhəddə hasar İsrailin cənubundakı Eylat şəhərindən şimaldakı Timna vilayətinədək uzanacaq. Colan yüksəklikləri regionuna qədər İordaniya ilə sərhəd boyunca təhlükəsizlik hasarı çəkmək planlaşdırılır.