İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı döyüşçüləri İraqın Mosul şəhərində 127 uşağı qaçırıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qaçırılan uşaqlar 10-15 yaşlarında olub. Onların İraq və Suriyadakı hərbi əməliyyatlarda canlı bomba kimi istifadə olunacağı iddia edilir.
Bu barədə Kurdistan Demokratik Partiyasının nümayəndəsi Səid Mamuzini məlumat verib. Onun sözlərinə görə, yerli sakinlərdən biri uşaqlarının İŞİD-in əlinə keçməməsi üçün iki terrorçunu öldürüb, özü isə döyüş zamanı həyatını itirib.
Samir