10 Sentyabr 2015 11:22
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qərbin Rusiyaya qarşı apardığı “soyuq müharibə” ciddi siyasi səhvdir".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Fransanın keçmiş prezidenti Nikola Sarkozi deyib. Onun sözlərinə görə, İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə mübarizədə Moskvanın köməyi vacibdir.

Sarkozi qeyd edib, bu, Ukraynanın şərqində baş verənlərə dəstək kimi başa düşülməməlidir: "Moskva ilə “soyuq müharibə” dayandırılmalıdır. Rusiyanı İŞİD ilə mübarizəyə cəlb etmək lazımdır. Ancaq bu, Donetskdə baş verənləri qəbul etməyimiz kimi qiymətləndirilməmlidir".

Eks prezident Rusiyanı "Böyük səkkizliy"in tərkibinə qaytarılmasına və rəsmi Moskvaya qarşı tətbiq edilən ət embarqosunun ləğv edilməsinə tərəfdar olduqlarını deyib: "Ruslarla avropalılar arasında dialoq başlanmalıdır".

Samir


Müəllif:

Oxşar xəbərlər