11 Sentyabr 2015 01:39
799
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın 200 milyon dollarlıq güzəştli krediti Ermənistan tərəfindən ən müasir silahların alınmasına sərf olunacaq. Musavat.com-un erməni KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Edurad Şarmazanov bildirib.
Rusiya və Ermənistan prezidentlərinin son Moskva görüşünün nəticələrinə toxunan Şarmazanov qeyd edib ki, “bu, iki müttəfiq ölkə başçılarının effektli görüşü olub”.
“Ermənistan Rusiya ilə sıx əməkdaşlığı davam etdirməlidir. Biz təhlükəsizlik sistemini möhkəmlətməyə davam etməliyik. Bu məsələdə Rusiyanın rolu böyükdür” – qeyd edib vitse-spiker.
Qarabağ məsələsinə gəlincə, Şarmazanov deyib: “Prezidentlərin görüşündə Rusiya tərəfi bir daha təsdiq edib ki, problem yalnız sülh yolu ilə həll olunmalıdır”.

Müəllif:

Oxşar xəbərlər