12 Sentyabr 2015 12:11
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda elektrik enerjisinin bahalaşması ilə əlaqədar yüzlərlə şəxs Marşal Baqramyan prospektini bağlamağa cəhd edib.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bu zaman polislə etirazçılar arasında toqquşmalar baş verib.

Məlumata görə, nümayişçilər prospektdə barrikadalar qurmağa çalışıb. Polis barrikadaları dağıtmaq üçün güc tətbiq edib. Nəticədə etirazçılar təhlükəsizlik işçilərinə hücum edib. Polis gözyaşardıcı qaz və su şırnağından istifadə edib.

Hadisələr zamanı ən azı 50 nəfərin saxlanıldığı, onlarla etirazçının xəsarət aldığı bildirilir. Hazırda polis Baqramyan prospektində keşik çəkir.

Samir


Müəllif:

Oxşar xəbərlər