13 Sentyabr 2015 08:02
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının kralı Salman bin Abdul Əziz Məkkəyə gəlib. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, kral Məkkədəki əl-Haram məscidində kranın aşmasının istintaqına şəxsən nəzarət eləmək və zərər çəkənlərə kömək edilməsini izləmək üçün şəhərə təşrif buyurub.

Xatırladaq ki, cümə günün kran əl-Haram məscidinin damını dağıdaraq onun həyətinə düşüb. Bu zaman həyatda çoxlu sayda zəvvar olduğundan insan itkisi də çox olub. Ən son məlumatlara görə, qəza nəticəsində 107 zəvvar həlak olub, 238-i yaralanıb.

Kranın aşma səbəbi kimi güclü külək ehtimal edilir. Məkkə valisi Xalid əl-Veysəl baş vermiş faciənin araşdırılması üçün xüsusi komissiya yaradıb.


Müəllif:

Oxşar xəbərlər