Məkkədə “Binladin Group” tikinti şirkətinə məxsus qaldırıcı kran məscidə aşdıqdan sonra holdinqin Səudiyyə Ərəbistanında fəaliyyətinə qadağa qoyulub.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Middle East Eye” nəşri məlumat yayıb.
Üsamə ben Ladenin ailəsinin sahibi olduğu şirkətə Səudiyyə Ərəbistanının ərazisində hər-hansı layihəni gerçəkləşdirməyə qadağa qoyulub. Bundan başqa, şirkətin əməkdaşlarına istintaq dövründə ölkəyə girişinə də qadağa qoyulub.
“Binladin Group”-da qaldırıcı kranın möhkəm bərkidildiyini iddia edərək, baş vermiş hadisənin “Allahın işi” olduğunu bildiriblər.
Xatırladaq ki, faciə nəticəsində 107 nəfər ölüb, 238 nəfər xəsarət alıb.