16 Sentyabr 2015 16:49
1 641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Kocaeli vilayətində ailə mübahisəsi qanla bitib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kocaeli Polis İdarəsinin əməkdaşı Ərdoğan K. bir müddətdir ayrı yaşadığı xanımı ilə barışmağa çalışıb. O, baldızı Xədicə ilə qalan xanımına və uşaqlarına hədiyyə alaraq onları görməyə gedib. O, həyat yoldaşından onu bağışlamasını istəyib, ancaq aralarında mübahis başlayıb. Bu zaman baldızI Xədicə dəmübahisəyə qarışıb. Əsəbləri tab gətirməyən ər üzərindəki tapança ilə baldızına 7 güllə vurub. Xədicə hadisə yerində keçinib. Ərdoğan isə avtomobilinə minərək ordan uzaqlaşıb.

Polis əməliyyat keçirərək Çorum istiqamətində gedən Ərdoğanı saxlayıb. O, ifadəsində "Tək məqsədim xanımımla barışıb uşaqlarımı evimə aparmaq olub. Çox peşmanam" deyib.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər