18 Sentyabr 2015 15:08
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milliyətçi Hərəkat partiyasının (MHP) Ankaradan olan millət vəkili və Türkiyənin baş naziri Əhməd Davudoğlunun müavini Yıldırım Toğrul Türkeş partiyadan istefa verib.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkeş istefa ərizəsini MHP rəhbərliyinə, Türkiyə Böyük Millətlər Məclisinin sədrliyinə və Yarğıtay Respublika Baş Prokurorluğuna göndərib.

Ərizə deyilir: "Partiyada irəli sürülən şərtlər və hazırkı siyasi vəziyyətlə əlaqədar olaraq, MHP üzvlüyündən və TBM-nin Qrup üzvlüyündən istefa edirəm".

Samir


Müəllif:

Oxşar xəbərlər