19 Sentyabr 2015 19:26
639

Qaçqın axını ilǝ qarşı-qarşıya qalan Xorvatiya Serbiya tǝrǝfdǝki 7 keçid mǝntǝqǝsini bağlamaq qǝrarına gəlib.

Teleqraf.com xəbər verir ki, Daxili İşlǝr Nazirliyinin açıqlamasında dünǝn gecǝ ölkǝyǝ 11 mindǝn artıq qaçqın daxil olduğu bildirilib. Qaçqın sayının çox olmasına görǝ Tovarnik, İlok, İlok 2, Principovaç, Principovac 2, Batina vǝ Erdut keçid mǝntǝqǝlǝrinin bağlanılmasına qǝrar verilib.

Qǝrar qaçqınların Sloveniya üzǝrindǝn digǝr Avropa ölkǝlǝrinǝ getmǝlǝrinǝ imkan yaradacaq bir koridor açılmaması vǝ qaçqınları Avstriyaya daşıyan qatarın dünǝn gecǝ Sloveniya sǝrhǝdindǝ dayandırılması nǝticǝsindǝ qǝbul edilib.

İçǝrisǝndǝ 150 qaçqın olan qatarın yoxlanılıb. Bundan sonra ölkǝyǝ girmǝsinǝ icazǝ verilǝn qaçqınlar Pobtyondakı mǝrkǝzǝ aparılıb.

Macarıstanın Serbiya keçid mǝntǝqǝsini bağlamasından sonra qaçqınlar Xorvatiyaya üz tutub.

Digǝr tǝrǝfdǝn Bolqarıstan da Türkiyǝ ilǝ olan keçid mǝntǝqǝsinǝ minǝ yaxın hǝrbi keşikçi yerlǝşdirmǝk qǝrarına gǝlib.

Rüstəm


Müəllif:
Загрузка...