"Həcc ziyarəti zamanı Minada baş verən izdiham zamanı ən azı 4700 nəfər həyatını itirib".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu İranın Həcc və Ziyarət Təşkilatının sədri Səid Əhvədi deyib.
Onun sözlərinə görə, İran ölü sayının artacağından narahatdır: "Ölən iranlı zəvvarların sayı 228-ə çatıb. Ölü sayı arta bilər. Hazırda 3 min cəsəd 21 TIR-la bu ölkədən çıxarılmalıdır ".
Məsələ ilə bağlı Səudiyyə Ərəbistanı rəsmiləri hələlik heç bir açıqlama verməyib.
Qeyd edək ki, rəsmi məlumatlarda görə, Qurban bayramının ilk günü - sentyabrın 24-də Minada baş verən faciə zamanı 770 nəfər həyatını itirib, 800-dən çox insan xəsarət alıb.
Samir