ABŞ prezidenti Barak Obama Rusiyanın Suriyada keçirdiyi hava əməliyyatları barədə danışıb.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Rusiyanın Əsəd əleyhinə olan bütün müxalifləri terrorçu kimi gördüyünü bildirən Obama bunları deyib:
"Rusiya İŞİD və daha mötədil islamçı müxaliflər arasında fərq qoymur. Bu fəlakətin göstəricisidir.
Biz Suriya sərhədi boyunca təhlükəsizliyin təmin olunması üçün türklərlə və digərləri ilə birlikdə işləməyə davam edirik.
Burada problem Əsəd və Əsədin Suriya xalqına etdiyi zülmdür. Əsəddən bezən və nifrət edən hər kəsi məhv edən Rusiya ilə əməkdaşlıq etməyəcəyik".
Obama həmçinin bildirib ki, Suriyanı ABŞ və Rusiya arasında müharibə zonasına çevirməyəcəklər: “Bu böyük güclərin şahmat turniri deyil".
Rüstəm