Fransanın paytaxtı Parisdə etiraz aksiyası keçirilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, etiraza "Air France" şirkətində aparılan kadr islahatları səbəb olub. İslahatlar zamanı 100 nəfərin ixtisara düşdüyü bildirilib. Daha 2900 işçinin də eyni səbəbdən şirkətdən uzaqlaşdırılacağı ilə bağlı yayılan məlumatlardan sonra başlanan etiraz aksiyası toqquşmalarla nəticələnib.
Etirazçılar onlarla danışığa gələn şirkət rəhbərlərini döyüblər. Hadisəyə müdaxilə edən polislə etirazçılar arasında insident yaşanıb. İşçilər şirkət rəhbərliyini islahatlara son verməyə çağırıb.
Samir