10 Oktyabr 2015 00:57
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Avropa ölkələrini Rusiyaya qarşı sanksiyaları ləğv eləməyə çağırıb.

Musavat.com-un məlumatına görə, bu barədə o, Fransanın “Figaro” qəzetinə müsahibəsində deyib.

“Avropa Rusiyaya münasibətdə bundan sonra da sanksiya rejimini saxlamalı deyil. Bu sanksiyalar siyasi planda nəticəsiz olub” – Nazarbayev qeyd edib.

Onun sözlərinə görə, sanksiyalar ilk növbədə Ukrayna konflikti ilə heç bir əlaqəsi olmayan insanlara – müəssisə işçilərinə, fermerlərə, iş adamlarına zərbə vurur. “Bununla yanaşı, iqtisadi məhdudiyyətlər avropalı vətəndaşlara da təsir göstərir. Məsələn, fransız fermerlər buna görə böyük ziyan içindədirlər” - Nazarbayev əlavə edib.


Müəllif:

Oxşar xəbərlər