Oktyabrın 12-də məşğulluq və sənaye münasibətləri naziri Cioci Konusi Konrote növbəti üç il müddətinə Fici Respublikasının yeni prezidenti seçilib.
Onun namizədliyini ölkənin Baş naziri, hakim “Hər şeydən əvvəl Fici” Partiyasının sədri irəli sürüb. Parlamentdə C.Konrotenin namizədliyinin lehinə 31, əleyhinə 14 deputat səs verib.
Ehtiyatda olan general və sabiq diplomat C.Konrote oktyabrın sonunda ölkə başçısı Epeli Nailatikaunu əvəz edəcək.
Sakit okeanın cənubunda yerləşən Fici Respublikası 300-dən çox adadan ibarət dövlətdir və onun 885 min əhalisi var.