21 Oktyabr 2015 23:34
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ordusunun qərargah rəislərinin birləşmiş komitəsinin başçısı general Cozef Danford İraq hökumətinin İŞİD qruplaşması ilə mübarizədə Rusiya ordusuna kömək üçün müraciət etməyəcəyini deyib.

General paytaxt Bağdad şəhərinə səfərindən sonra İraq rəhbərliyinə Rusiya ordusunun burada olacağı təqdirdə Birləşmiş Ştatların bu ölkəyə kömək göstərməkdə çətinlik çəkəcəyini bildirib.

Bir qədər əvvəl KİV-lər İraqın baş naziri Heydər Abadinin Rusiya aviasiyasının ölkə ərazisindəki İŞİD mövqelərinə hava zərbəsi endirməsinə müsbət yanaşdığı barədə fikirlərini dərc etmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da öz növbəsində Moskvanın İraq rəhbərliyinin bu fikrindən xəbərdar olduğunu, lakin bununla bağlı rəsmi müraciət almadıqlarını açıqlayıb.


Müəllif:

Oxşar xəbərlər