Ukraynanın xalq deputatı, “Udar” Partiyasının lideri Vitali Kliçko Kiyev şəhər merinin seçkilərində növbəti dərə rəsmən qalib elan edilməyə çox yaxındır. "Report"un "Lenta.Ru" saytına istinadən verdiyi xəbərə görə, "Ukrayna Seçiciləri Komitəsi" adlı QHT tərəfindən keçirilən "exit-poll"-un nəticələrinə əsasən, Kiyevin hazırki meri səslərin 40.4 faizini toplaya bilib.
Onun ən yaxın rəqibi - "Batkivşina" Partiyasının namizədi Vladimir Bondarenkoya seçicilərin yalnız 8.7 faizi səs verib. Şəhər meri vəzifəsinə digər namizədlərsə seçicilərin daha az səsini toplayıblar.
Qeyd edək ki, bu gün həm də Kiyev şəhər sovetinə deputatların seçkisi keçirilib.