29 Oktyabr 2015 22:35
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şallaq cəzasına məhkum edilmiş Səudiyyə Ərəbistanından olan bloqqer Raif Bədəvi Avropa İttifaqının Saxarov insan haqları mükafatına layiq görülüb. Aİ hüquqşünasları bildirib ki, mükafat söz azadlığı uğrunda mübarizənin simvoldur.

Cənab Bədəvi "İslamı tənqid etdiyi üçün" Səudiyyə Ərəbistanında 10 il müddətinə həbs cəzası alıb və onu 1000 şallaq gözləyir. Bu ayın əvvəli isə o, söz azadlığını dəstəklədiyi üçün Pen Pinter Mükafatını alıb. Saxarov fikir azadlığı mükafatı Avropa Parlamenti tərəfindən 1988-ci ildən bəri insan haqları və demokratiya sahəsində əhəmiyyətli töhfələr vermiş fərdlərə və ya təşkilatlara təqdim edilir.

Mükafat Sovet alimi və dissident Andrey Saxarovun adını daşıyır. Azad Səudiyyə Liberalları internet saytının müəllifi 2012-ci ildə İslamı təhqir etməkdə günahlandırılıb və ona təxminən 280 min manat məbləğində cərimə kəsilib.

O, yanvar ayında ilk 50 şallaq cəzasını alıb, lakin növbəti şallaq təxirə salınıb. İyun ayında isə beynəlxalq tənqidlərə baxmayaraq, Səudiyyə Ərəbistanı Ali Məhkəməsi qərarı qüvvədə saxlayıb. Cənab Bədəvi bu il mükafata namizəd üç şəxsdən biri olub. Onunla yanaşı bu ilki mükafata Rusiya müxalifət lideri Boris Nemtsov və Venesuela müxalifət hərəkatı olan Mesa de la Unidad Democratica da namizəd olub.

Avropa Parlamenti Liberal blokunun lideri Guy Verhofstadt bildirib: "Bu gün Avropa Parlamenti Səudiyyə Ərəbistanı rəsmilərinə güclü siyasi mesaj göndərdi. "Biz əlahəzrət Kral Salmandan tələb edirik ki, Raif Bədəvini həbsdən azad etsin və bütün hallarda vəhşi qamçı cəzasını ləğv etsin".


Müəllif:

Oxşar xəbərlər