12 Noyabr 2015 22:37
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Ankaradakı səfirliyi və İstanbuldakı konsulluğu qarşısında etiraz aksiyası keçirmək üçün kampaniya başladılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, çağırış kampaniyası ötən cümə günü İran televiziyasının türkləri təhqir etməsin qarşı yönəlib.

Türkiyədə Güney Azərbaycan türklərinə dəstək verən bir qrup fəal Feysbuk sosial şəbəkəsində “Güney Azerbaycan uyanışına ses ver” adlı səhifə açıblar. Aksiyalar noyabrın 14-ü saat 14:00-da İranın Ankaradakı səfirliyi və noyabrın 15-i saat 15:00-da İstanbuldakı konsulluq binasının qarşısında keçiriləcək.

Qeyd edək ki, noyabrın 6-da İran Dövlət Televiziyasının 2-ci kanalından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə açıq-aşkar təhqir edilərək, alçaldılıb.

Noyabrın 9-da isə İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə insan küçələrə axışaraq, ölkəyə hakim fars irqçılığına qarşı etiraz aksiyası və yürüşlər keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada yüzlərlə azərbaycanlı fəal tutulub, bir neçə adam bədən xəsarəti alıb, ən azı bir nəfər də polis tərəfindən öldürülüb.

Samir


Müəllif: