23 Noyabr 2015 21:14
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Makedoniya Afrikadan və Asiyadan gələn yüzlərlə qaçqını ölkəyə daxil olmasını əngəlləyir.

Qaçqınlar Makedoniya ilə Yunanıstan sərhədində gecələyirlər. Ölkə ərazisinə yalnız Suriya, İraq və Əfqanıstandan gələn qaçqınlar buraxılır. Makedoniya hökuməti digərlərinə “iqtisadi qaçqınlar” statusu verərək ölkə ərazisinə buraxmaq istəmir. Qadağa əsasən Pakistan, Sudan, Konqo, Mərakeş, Banqladeşdən olan mühacirlərə aiddir.

Bir müddət əvvəl Makedoniya, Serbiya, Xorvatiya və Sloveniya hökumətləri hərbi əməliyyatların aparıldığı Suriya, İraq və Əfqanıstandan gələn qaçqınlardan başqa, digərlərinin ölkə ərazisinə buraxılmaması barədə birgə qərar qəbul ediblər. Bunun nəticəsində emiqrantlar Yunanıstanın İdomeni sərhəd məntəqəsində soyuq havada gecələməyə məcbur olub. Onlara yardım edən könüllülər mühacirlərə ərzaq və digər məhsulların çatmadığı barədə məlumat veriblər.

BMT-nin qaçqınların işləri üzrə departamenti (UNHCR), Uşaq Fondu (UNİCEF) və Beynəlxalq miqrasiya təşkilatı (İOM) Makedoniya hökumətinin bu qərarını tənqid edərək sərhəd məntəqələrində gərgin vəziyyət hökm sürdüyünü qeyd ediblər.


Müəllif: