2 Dekabr 2015 10:25
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə istehsalı olan məşhur “Muhteşem Yüzyıl” serialının Rusiyada yayımı dayandırılır.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bunu Moskva Şəhər Məclisinin üzvü Yevgeniy Gerasimov bəyan edib.

Onun sözlərinə görə, rus hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra Rusiyanın Ankara hökumətinə qarşı tətbiq etdiyi sanksiyalar təkcə iqtisadi və siyasi addımlarla kifayətlənməməlidir.

Y.Gerasimov təklif edib ki, Rusiyanın Türkiyəyə qarşı sanksiyaları mədəni sahələri də əhatə etməlidir: “Misal üçün, Rusiya telekanallarında türk serialları yayımlanır. Mən təklif etmişəm ki, “Muhteşem Yüzyıl” və digər bu cür türk seriallarının yayımı dayandırılsın. Onsuz da bu serialı izləməyə dəyməzdi. Mədəni sanksiyalar təkcə türk seriallarının yayımının dayandırılması ilə bitməmlidir. Türk müğənnisi Tarkanın və digər müğənnilərin mahnıları da Rusiyada qadağan edilməlidir. Bundan başqa, türk qəhvəsinə də təcili bir ad düşünülməlidir”.


Müəllif: