Kaliforniyada 14 nəfərin həyatını itirdiyi silahlı insidentin şübhəlisi qadının İŞİD ilə bağlantısı olduğu bildirilib.
Musavat.com xarici KİV-lərə istinadın xəbər verir ki, San Bernadino şəhərində baş verən hücumda Tasfeen Malik adlı hücumçunun internet üzərindən İŞİD lideri Əbu Bəkir əl-Bağdadiyə sadiqlik andı içdiyi ortaya çıxarılıb.
T.Malikin həyat yoldaşı olduğu təxmin edilən Syed Rizvan Fərux tə.kil ounan əməliyyatda ölü olaraq ələ keçirilmişdi.
ABŞ prezidenti Barak Obama çərşənbə günü verdiyi açıqlamada ər-arvadın İŞİD ilə əlaqəli ola biləcəyini vurğulamışdı.