Beynəlxalq Arbitraj Məhkəməsi qaz təchizatını dayandırdığı üçün Misir qarşısında İsrailin “Elektrikc Corp” dövlət şirkətinə 1.76 milyard dollar təzminat ödəmək tələbi qoyub.
Musavat.com-un məlumatına görə, bu barədə “Reuters” xəbər yayıb. Misir hökuməti qərardan apelyasiya şikayəti verəcəyini bildirib.
Məlumata görə, o sırada məhkəmə EGAS və EGPC şirkətlərinə təzminat cəriməsi kəsib. Şirkətlər bəyan edib ki, qaz verilişinin kəsilməsi haqda qərar Misir hökuməti tərəfindən qəbul edilib.